Modern.az

Nazirliyin komandası yarışda qalib oldu - FOTO

Nazirliyin komandası yarışda qalib oldu - FOTO

Aktual

28 Dekabr 2023, 17:42

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar dövlət orqanlarının iştirakı ilə "Fibonaççi" intellektual oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, intellektual yarış  Dövlət İmtahan Mərkəzi və İqtisadiyyat Nazirliyinin "İqtisadi Elmi Tədqiqat İnstitutu" publik hüquqi şəxsin tabeliyində "Təlim Tədris Mərkəzi”nin təşkilatçılığı ilə baş tutub.

 

"Fibonaççi" intellektual yarışı üzrə suallar əsasən Ulu Öndərin həyat fəaliyyəti, habelə iştirakçıların məntiqi təfəkkürünün və ümumdünyagörüşünün qiymətləndirilməsi ilə bağlı olub.

 

Yarışda iştirak edən komandalar arasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin komandası ən çox xal yığaraq birinci yerə layiq görülüb.

Nazirliyin komandası “Heydər Əliyev İli” çərçivəsində keçirilən yarışda qalib olub 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək