Modern.az

MSK katibi: “Namizədlərin plakatını cıranlar məsuliyyət daşıyır” - XƏBƏRDARLIQ

MSK katibi: “Namizədlərin plakatını cıranlar məsuliyyət daşıyır” - XƏBƏRDARLIQ

21 Sentyabr 2013, 13:03

“Prezidentliyə namizədin plakatının cırılması doğru addım deyil”. Bunu Modern.az-a açıqlamasında  MSK katibi Mikayıl Rəhimov deyib.

  Mikayıl Rəhimovun  sözlərinə görə, hər bir namizədə hörmətlə yanaşılmalıdır.

“Bu, seçki qanunvericiliyinin pozulmasıdır. Buna heç kim müdaxilə edə bilməz. Plakatları cırmaq olmaz. Bu cür hərəkət edənlərin fəaliyyəti məsuliyyət yaradır. Seçki Məcəlləsinin tələbi ondan ibarətdir ki, namizədlər və seçicilər buna hörmətlə yanaşmalıdırlar. Namizədin təşviqat materialının cırılmasına yol vermək olmaz. Bu cür hallar baş verirsə deməli, Seçki Məcəlləsinin tələbləri pozulur. Hələ ki, MSK-ya məsələ ilə bağlı  elə məlumat daxil olmayıb. Hansı namizədimiz müraciət edərsə, MSK bu məsələyə münasibət bildirəcək. Əgər müəyyən nöqsanlar varsa, müraciət olunarsa, təbii ki lazımi tədbirlər görüləcək”.  

Ümid Partiyası bəyan edib ki, Bərdə rayonunda prezidentliyə namizəd İqbal Ağazadənin  təbliğat-təşviqat lövhələrinə vurulmuş plakatları cırılıb.  

Namidə BİNGÖL
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?