Bu gün Qubada Bakı Dövlət Universitetinin yeni açılmış təlim-tədris mərkəzində bu ali təhsil ocağının Elmi Şurasının iclası keçirilib.
Modern.az xəbər verir ki, iclasda çıxış edən BDU rektoru Abel Məhərrəmov bir sıra məsələlərə toxunub. Rektor deyib ki, son illər onun rəhbərlik etdiyi universitetə daxil olan hər 100 nəfərdən 68-i məzun ola bilir.
Onun sözlərinə görə, BDU-da ikili diplom üstünlüyü də var. Məsələn, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavrları “dual” yəni, ikili diplom əldə edəcəklər. Belə diplomlar həm Azərbaycanda, həm də Türkiyədə tanınacaq.
Təhsil Nazirliyinin şöbə müdiri Gültəkin Hüseynova da çıxışında BDU-nun nüfuzundan, buradakı təhsilin üstünlüklərindən danışıb. Onun sözlərinə görə, BDU bütün parametrlər üzrə Azərbaycandakı dövlət universitetləri arasında birincidir.
Modern.az