Modern.az

“Türkvision” Mahnı Müsabiqəsinin imzalanması mərasimi oldu

“Türkvision” Mahnı Müsabiqəsinin imzalanması mərasimi oldu

21 Sentyabr 2013, 14:49

“Türkvision” Mahnı Müsabiqəsinin imzalanması mərasimi keçirilib. Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, 20 ölkənin nümayəndələrinin iştirak edəcəyi müsabiqə dekabrda keçiriləcək. Müsabiqənin yarımfinal mərhələləri 19-20 dekabr, final məthələləri isə 21 dekabrda keçiriləcək.

  Mahnı müsabiqəsində Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Respublikası, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Gürcüstan, Rusiya Federasiyası, Tatarıstan, Başqırdıstan, Moldova, Krım Muxtar Respublikası, Ukrayna, Bosniya və Hersoqovina, Makedoniya, Altay, Çuvaş respublikaları, Belarus və Uyğur muxtar bölgəsindən sənətçilər iştirak edəcək.   Mahnı müsabiqəsi Türkiyənin Eskişehir şəhərində keçiriləcək.

  “Türkvision” Mahnı Müsabiqəsinin imzalama mərasiminə 2011-ci ildə “Erovision”Mahnı müsabiqəsində Azərbaycanı təmsil edərək birinci olan Nigar Camal və 2013-cü ildə ikinci seçilən Fərid Məmmədov da qatılıb.  

Aytən ƏLİYEVA
 
Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək