Xəbər verdiyimiz kimi, Sabirabadın Məmişli kəndində 32 yaşlı kişi 12 yaşlı qızla nişanlanıb.
Modern.az xəbər verir ki, Kərim adlı şəxs tutduğu əməldən peşman olduğunu bildirərək üzr istəyib.
O, sadəcə “hə” mərasiminin keçirildiyini və azyaşlı ilə 18 yaşı tamam olduqdan sonra ailə quracağını deyib.
“İki ildir o ailəni tanıyıram. Daha sonra anama dedim və üzük apardıq. Böyük nişan olmayıb”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) və Rayon İcra Hakimiyyəti 12 yaşda məcburi nişanlandırılan qızı nəzarətə götürüb.
Xatırladaq ki, bir neçə gün öncə 12 yaşlı qızın nişan görüntüləri yayımlanıb. Ailəsi əvvəlcə, övladının nişanı olduğunu danıb və görüntülərin qızın ad günündə lentə alındığını bildiriliblər.