Modern.az

Dünyanın ən zəngin 500 adamının sərvəti 1,5 trilyon dollar artıb

Dünyanın ən zəngin 500 adamının sərvəti 1,5 trilyon dollar artıb

İqtisadiyyat

30 Dekabr 2023, 00:55

Planetin ən zəngin 500 adamının ümumi sərvəti 2023-cü ildə 1,5 trilyon dollar artıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Fortune" jurnalı "Bloomberg Billionaires" reytinqinə əsasən məlumat yayıb.

 

Reytinqdə birinci yeri "Tesla" şirkətinin rəhbəri tutub. İlon Maskın sərvəti 95,4 milyard dollar artaraq 232,393 milyard dollara çatıb.

 

Reytinqdə ikinci yeri "LVMH Moet Hennessy Louis Vuitton SA"ya rəhbərlik edən fransız milyarder Bernard Arno tutur. Hazırda İlon Maskın sərvəti Bernard Arnaultu (178,979 milyard dollar) 50 milyard dollar üstələyir.

 

Üçüncü, dördüncü və beşinci yerləri "Amazon.com"un təsisçisi Ceff Bezos (178 milyard dollar), "Microsoft" korporasiyasının qurucusu Bill Qeyts (140,511 milyard dollar), həmçinin "Microsoft"un keçmiş baş direktoru Stiv Balmer (130,529 milyard dollar) tutur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi