Modern.az

Məhkəmə Əli Əliyevin şikayətini təmin etdi

Məhkəmə Əli Əliyevin şikayətini təmin etdi

21 Sentyabr 2013, 15:02

Bu gün Ali Məhkəmədə hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə Vətəndaş və İnkişaf   Partiyasının (VİP) sədri, prezidentliyə namizədliyi irəli sürülmüş Əli Əliyevin Bakı Apellyasiya Məhkəməsinin Mərkəzi Seçki Komissiyasının (MSK) onun namizədliyinin qeydə  alınmasından imtina qərarını qüvvədə saxlaması haqqında qərarından verdiyi kassasiya şikayətinə baxılıb.

 Ə.Əliyevin şikayətinin  araşdırılmasından sonra VİP sədrinin iddiası təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin  müvafiq qərarının ləğvinə və  bu işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilib.

VİP sədrinin şikayəti üzrə Ali Məhkəmədə  keçirilmiş məhkəmə iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuun (DTİHB) Seçkiləri Müşahidə Missiyasının  nümayəndələri və yerli hüquq müdafiəçiləri də müşahidə edblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?