Modern.az

Yevlaxda “Niva” kanala düşdü

Yevlaxda “Niva” kanala düşdü

Aktual

30 Dekabr 2023, 08:12

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Belə ki, Yevlax  Bərdə yolunun  köhnə Ağcabədi yolu adlandırılan hissəsində  Kəlbəcər rayon  sakini 1975-ci il təvəllüdlü  Yusifov Rövşən Şahverdi oğlunun idarəetdiyi Niva markaıı maşın idarəetmədən çıxaraq yol kənarındakı kanala düşüb.

 

Hadisə nəticəsində o ölüb.

 

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində Rövşən Yusifovun meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış