Modern.az

"Real" baş məşqçisi ilə müqaviləni yenilədi

İdman

30 Dekabr 2023, 09:24

"Real" baş məşqçisi Karlo Ançelotti ilə müqaviləni yeniləyib.

 

Modern.az xəbər verir ki, "Real" italiyalı mütəxəssislə razılığı 2026-cı ilin iyun ayının 30-a kimi uzadıb.

 

2013-2015-ci illərdə də Madrid təmsilçisini çalışdıran Ançelotti 2021-ci ildən indiyədək bu postdadır. Onun rəhbərliyi altında "Real" 2021/22 mövsümündə İspaniya çempionu olub, həmçinin iki dəfə Çempionlar Liqasının qalibi olub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi