"Qalatasaray" klubunun sosial şəbəkələrdəki ən böyük fanklub səhifələrindən biri – “Galatasaray Ailesi” Türkiyə superkuboku uğrunda "Fənərbağça" ilə oynanılacaq matçın Azərbaycanda keçirlməsini təklif edib.
Modern.az xəbər verir ki, təklif sosial şəbəkə izləyiciləri olan türk azarkeşlər tərəfindən müsbət qarşılanıb
“Əgər bu matçı mütləq xaricdə oynamalıyıqsa, onda azərbaycanlı qardaşlarımız da xaricdədir.
Superkubok oyununu Azərbaycanda keçirək!”, - “Galatasaray Ailesi” bəyan edib.
Qeyd edək ki, Türkiyənin tanınmış siyasətçisi Sinan Oğan sa ləğv edilən "Qalatasaray" - "Fənərbağça" matçının Xankəndi şəhərində keçirilməsini təklif edib.
Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində oynanılmalı olan Superkubok matçı təşkilatçılıqla bağlı çatışmazlıqlar səbəbindən təxirə salınıb. Buna səbəb qarşılaşma öncəsi Türkiyə himninin səslənməsinə və komandaların Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün "Yurtta Sulh, Cihanda Sulh" sitatının yer aldığı pankartla meydana çıxmasına qoyulan qadağa olub.
A.Qorxmaz