Modern.az

Zori Balayanla bağlı Avropa Məhkəməsinə müraciət edək! - Deputat

Zori Balayanla bağlı Avropa Məhkəməsinə müraciət edək! - Deputat

Aktual

30 Dekabr 2023, 11:54

Dəfələrlə Azərbaycana qarşı dəfələrlə terror aktları törədilib. Bunu bizlərə qarşı törədənlər bir neçə dəfə etiraf ediblər. Xocalı faciəsini törədənlər kitablarında bununla bağlı dəfələrlə yazıblar. 


Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib. 

 

O qeyd edib ki, Zori Balayan kitabında bunu təqdim edib:

 

“Amma bildirim ki, indi Avropa Məhkəməsi Azərbaycana qarşı mənəvi terrorla məşğuldur. Azərbaycanda maşın yuyan, satanları, ailə tərbiyəsi olmayanları Avropa Məhkəməsində çıxarıb bizə qarşı danışdırırlar. Biz orada gedəndə üstümüzə hücum çəkirlər. Milli Məclisin bütün deputatlarını təhqir edirlər. Bununla da bizə qarşı mənəvi terror etmiş olurlar. Biz bununla bağlı da məsələ qaldırmalıyıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI