ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar Gəncə şəhərinə gedib. Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev diplomata Gəncənin tarixi, görkəmli şəxsiyyətləri haqqında, eləcə də qarşıdan gələn prezident seçkilərinə hazırlığın vəziyyəti ilə əlaqədar ətraflı məlumat verib.
Səfir Riçard Morninqstar verilən məlumatlardan razı qaldığını bildirib, seçkilərin demokratik və şəffaf şəraitdə keçəcəyinə əminlik ifadə edib.
Görüşdən sonra Riçard Morninqstar “Ramada Plaza” otelində Gəncədəki 4 dairə seçki komissiyasının sədrləri ilə görüşüb, sonra 1500 qaçqın ailəsi üçün salınmış yeni qəsəbədə olub.
Sabah səfir şəhərdəki qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirəcək.
Modern.az