Modern.az

Azərbaycan üçün 2023-cü ilin ən böyük 5 hadisəsi

Azərbaycan üçün 2023-cü ilin ən böyük 5 hadisəsi

Aktual

30 Dekabr 2023, 12:22

"HEYDƏR ƏLİYEV  İLİ" kimi tarixə düşən 2023-cü ili böyük qürur və sevinc hissi ilə yola salırıq. 


Bu il dövlətimiz və xalqımız üçün çox əlamətdar və tarixi hadisələrlə yadda qalacaq. 


Düşünürəm ki, 2023-ildə baş verən 5 ən mühüm və tarixin şərəfli səhifəsinə yazılacaq hadisəni aşağıdakı kimi sıralamaq olar:


1. Yanvarda "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası"nın qəbulu. Bu,konsepsiyanı qəbul etməklə Azərbaycan növbəti illərdə milli hədəflərinin və strateji məqsədlərinin xüsusi istiqamətini elan etdi; 


2. Apreldə Laçın yolunda dövlət sərhəd-buraxılış məntəqəsinin quraşdırılması. Bununla, Azərbaycan ərazi bütövlüyünü de-fakto bərpa etdi.


3. Sentyabrda Qarabağda anti-terror tədbirləri keçirildi. Bununla, Azərbaycan suverenliyni tam və birdəfəlik bərpa etdi;


4. 8 noyabrda  Xankəndində hərbi paradın keçirilməsi. Bununla, Silahlı Qüvvələrimizin Qarabağda, o cümlədən bütün ölkə ərazisində ərazi bütövlüyümüzün və suverenliyimizin qarantoru olduğunu dünyaya nümayiş etdirdik;


5. Dekabrda Azərbaycanın 2024-cü ildə COP -29 ev sahibliyi etməsi ilə bağlı BMT-nin yekdil  qərarı. 


Dünyanın ən mötəbər tədbirlərindən  olan, 200 ölkədən 90 minə yaxın nümayəndələrin iştirak edəcəyi "İqlim Dəyişikliyi Sammiti"nin Azərbaycanda keçirilməsi haqqında qərarın özəlliyi o oldu  ki, tədbirə ev sahibliyi uğrunda gedən mübarizədə Azərbaycanın çox ağıllı diplomatik və siyasi gedişi nəticəsində Ermənistan öz namizədliyini ölkəmizin xeyrinə geri götürdü. Bu, dost olmayan iki ölkə arasında indiyə kimi bənzəri olmayan hadisə idi.

 

Azay Quliyev

Milli Məclisin deputatı

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?