Modern.az

Dərsdənkənar məşğələlərlə bağlı yeni TƏKLİFLƏR

Dərsdənkənar məşğələlərlə bağlı yeni TƏKLİFLƏR

Təhsil

30 Dekabr 2023, 13:00

Dərsdənkənar məşğələlərin məzmununa yeni mövzunun daxil edilməsi təklif edilir.

 

Modern.az-ın məlumatına görə, bunula bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir.

 

Dəyişikliyə əsasən, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların daxil edilməsi təklif edilir.

 

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi