Nazir Qurban Qurbanovun milliyə baş məşqçi gətirilməsinə razı oldu
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunacaq şəxs öz proqramı ilə gəlməli, təkliflərini və ideyalarını bildirməlidir. İstərdik ki, yeni baş məşqçi savadlı, təcrübəli və öz işini bilən mütəxəssis olsun. Düşünürəm ki, AFFA düzgün seçim edəcək.
Modern.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə müsahibəsində deyib. Nazir bildirib ki, ümumiyyətlə, futbolda vəziyyət dəyişilməlidir. Klublarda inkişaf olmalı və onlar öz strategiyalarını yeniləməlidirlər. Milli komandanın öz bazası olmalıdır. Baş məşqçisi kim olur olsun, ona yaxşı futbolçular lazımdır. Nazirin sözlərinə görə, AFFA artıq bu məsələ ilə məşğuldur və akademiya yaradılır.
Qurban Qurbanovun baş məşqçi vəzifəsinə namizədliyinə gəlincə, A.Rəhimov buna normal yanaşdığını bildirib və qeyd edib ki, o, gənc və təcrübəli mütəxəssisdir.
Modern.az