Modern.az

Ağdamda ağır qəza – 2 nəfər ölüb

Ağdamda ağır qəza – 2 nəfər ölüb

22 Sentyabr 2013, 11:41

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Ağdam rayonunda "VAZ" markalı iki minik avtomobil toqquşub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobillərdən biri deformasiyaya uğrayıb, sürücü və 1 nəfər sərnişin hadisə yerində ölüb.

Xilasedicilər sıxılmış vəziyyətdə qalan meyitləri müvafiq qaydada nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?