Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə Yeni il və Milad bayramı münasibətilə təbrik teleqramı göndərib.
Modern.az xəbər verir ki, Kremlin rəsmi saytında bildirilib.
Putin qeyd edib ki, son bir ildə Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri çox uğurla inkişaf edib və liderlərin mütəmadi görüşləri müxtəlif sahələrdə qarşılıqlı faydalı razılaşmaların əldə olunmasına töhfə verib.
Rusiya Prezidenti həm ikitərəfli gündəliyin aktual məsələləri üzrə, həm də Cənubi Qafqazda və Xəzər regionunda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə səmərəli birgə işin davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.