Modern.az

Tələbələrin yol və kirayə pulu dövlət tərəfindən VERİLƏ BİLƏR

Tələbələrin yol və kirayə pulu dövlət tərəfindən VERİLƏ BİLƏR

Təhsil

30 Dekabr 2023, 16:10

Azərbaycan universitetlərində təhsil alan tələbələrin yataqxana, nəqliyyat və digər xərclərinin bir hissəsi dövlət tərəfindən təmin edilə bilər.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.

 

Nazirlik bildirib ki, Təhsil Tələbə Krediti Fonduna ictimai sorğu zamanı tələbələrə yataqxana, nəqliyyat , qidalanma, dərs vəsaiti və digər bu kimi xərclər üçün kreditlərin ayrılmasına dair təkliflər ünvanlanır.

 

"Onu da bildiririk ki, bir çox dünya ölkələrində tələbələrin qeyd olunan xərclərinin qarşılanmasına dair təcrübə nəzərə alınmaqla təhlillər həyata keçirilir və bu məsələ ilə bağlı müvafiq təkliflərin hazırlanması planlaşdırılır", - açıqlamada deyilir.

 

Qeyd edək ki, müvafiq qərar Nazirlər Kabineti tərəfindən verilməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi