Modern.az

Azərbaycan Premyer Liqası: 180 oyunda 469 qol

Azərbaycan Premyer Liqası: 180 oyunda 469 qol

30 Dekabr 2023, 17:48

2023-cü ildə Azərbaycan Premyer Liqasında 469 qol vurulub.

 

Modern.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 2022-2023-cü illər mövsümünün ikinci, 2023-2024-cü illər mövsümünün ilk yarısında ümumilikdə 180 oyun keçirilib.

 

Bu müddətdə 11 komanda Premyer Liqada mübarizə aparıb. “Şamaxı” ötən, “Araz-Naxçıvan” cari çempionatda 18 görüşə çıxıb. Digər komandalar 36 qarşılaşmada iştirak edib.

 

İlin ən yaxşı komandası “Qarabağ”dır. Ötən mövsümün çempionu və cari çempionatın lideri il ərzində hamıdan çox – 25 qələbə qazanıb, hamıdan çox – 88 qol vurub və 81 xalla ən yaxın izləyicilərini 21 xal qabaqlayır.

 

“Sabah” il ərzində topladığı 60 xalla ikincidir. “Neftçi” isə üçüncü sırada qərarlaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi