Modern.az

Milli Şura Cəmil Həsənlinin ilk mitinqini keçirdi - FOTOLAR

Milli Şura Cəmil Həsənlinin ilk mitinqini keçirdi - FOTOLAR

22 Sentyabr 2013, 17:28

Müxalifət qüvvələrinin birləşdiyi Milli Şura bu gün Bakı şəhərində metronun “İnşaatçılar” stansiyasının  yaxınlığında yerləşən “Məhsul” stadionunda icazəli mitinq keçirib. Bu mitinq Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə ilk görüşü olub.
Modern.az-ın məlumatına görə, mitinqə yaşı 18-dən az olan şəxslər buraxılmayıb.

AXCP Rəyasət Heyatinin üzvü Sahib Kərimlinin aparıcısı olduğu aksiyada Milli Şura liderləri Cəmil Həsənli, Əli Kərimli, İsa Qəmbər, Eldar Namazov və digərləri iştirak edib.

Aksiyada çıxış edən AXCP sədri Əli Kərimli bildirib ki, Milli Şuranın vahid namizədi Cəmil Həsənli İTV-dəki teledebatda 12 dəiqə müddətində hakimiyyəti darmadağın edib. Onun sözlərinə görə, Cəmil Həsənli öz çıxışlarında həm də Azərbaycan xalqına ciddi mesajlar verib.

Daha sonra çıxış edən hüquqşünas Aslan İsmayılov deyib ki, İTV-dəki debatda yaradılan qarşıqlıqla camaatı seçkilərdən iyrəndirməyə çalışırrlar. Onun sözlərinə görə, 19 sentyabr debatında Cəmil Həsənlinin timsalında bütün xalq təhqir olundu.

Milli Şura aparatının rəhbəri Eldar Namazov Milli Şuranın ölkənin hər bir bölgəsində belə görüşlərnin  gözlənildiyini vurğulayıb.

Müsavat başqanı İsa Qəmbər heç bir qüvvənin xalqın qarşısını kəsə bilməyəcəyini deyib: “Biz mütləq qalib gələcəyik. Bizi ittiham edirdilər ki, iddialarından əl çəkə, başqasəna güzəştə gedə bilmirlər. İndi isə deyirlər ki, niyə özləri iddia ortaya qoymurlar, ziyalı bir şəxsin arxasında gizləniblər.  

Bu tamamilə əsassız fikirdir. Biz iddiamızdan geri çəkilməmişik. Bizim iddiamız vəzifə, prezidentlik iddiası deyil. Azərbaycanın azad, demokratik ölkə olması, sərvətlərimizin xalqımıza çatması, Qarabağın azadlığıdır. Biz bu iddialarımızdan heç vaxt geri çəkilməyəcəyik”.

Sabiq daxili işlər naziri İsgəndər Həmidov bu seçkinin qalibinin Cəmil Həsənli olacağını söyləyib.

Prezidentliyə namizəd Cəmil Həsənli isə ölkə prezidenti İlham Əliyevi debata çağırıb.

Etiraz nümayişində liderlər çıxış ediblər. Aslan İsmayılovun çıxışı zamanı isə daha əvvəl olduğu kimi yenə

Sonda mitinq qətnamənin oxunması ilə başa çatıb.




 



Modern.az

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI