Modern.az

Fransanın addımı münasibətlərə vurulan növbəti zərbədir - Nazir

Fransanın addımı münasibətlərə vurulan növbəti zərbədir - Nazir

30 Dekabr 2023, 19:03

Fransa tərəfindən atılan bu əsassız addım sözügedən ölkə tərəfindən Azərbaycan və Fransa arasında mövcud ikitərəfli münasibətlərə vurulan növbəti zərbədir.

 

Modern.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikası tərəfindən “persona non grata” elan edilmiş Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin əməkdaşlarını qəbul edərkən deyib.

 

İkitərəfli münasibətlərdə hökm sürən gərginliyin səbəbkarının ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirərək əsassız addımlar atan Fransa tərəfinin olduğu qeyd edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal