Modern.az

Polisdən 20 min manatlıq əməliyyat

Polisdən 20 min manatlıq əməliyyat

Aktual

30 Dekabr 2023, 20:24

Polis əməkdaşları tərəfindən yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

 

DİN-dən Modern.az-a bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını təşkil edən şəxs saxlanılıb.

 

Ondan ümumi dəyəri 20 min manatdan artıq olan müxtəlif növ pirotexniki vasitə götürülüb.

 

Həmin şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!