Modern.az

Qubada maşın çaya aşdı- ölən var

Qubada maşın çaya aşdı- ölən var

22 Sentyabr 2013, 20:44

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunda Xaçmaz-Quba avtomobil yolunun 4-cü kilometrliyində “Vaz” markalı minik avtomobili körpüdən çaya aşıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü 1968-ci il təvəllüdlü Səlimov İlqar Aləmşah oğlu aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib  və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər deformasiyaya uğramış minik avtomobilindən İ.Səlimovun cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 17:45-də başa çatıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?