Modern.az

Goranboyda “Heydər Əliyev ili” çərçivəsində bayram tədbiri keçirildi - FOTOLAR

Goranboyda “Heydər Əliyev ili” çərçivəsində bayram tədbiri keçirildi - FOTOLAR

Aktual

31 Dekabr 2023, 19:39

Goranboy şəhəri Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında, Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” ilə bağlı keçirilən tədbirlər çərçivəsində, 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il-2024-cü ilin gəlişi ilə bağlı, tədbir keçirildi.

 

Modern.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

 

Tədbir çərçivəsində, “Heydər Əliyev ili” ilə bağlı, keçirilən növbəti ağacəkmə aksiyasında 100 ədəd ağac əkildi, rəsm və əl işləri sərgisi keçirildi, idmançıların təqdimatında müxtəlif idman növləri üzrə nümunələr nümayiş etdirildi. “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planlna uyğun olaraq, il ərzində rayon ərazisində keçirilən silsilə tədbirlərdə fəal iştirak etmiş və fərqlənən bir qrup şəxslər RİH Başçısının Fəxri Fərman və Təşəkkürnamələri ilə təltif olundular. Tədbirdə, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli uğurlu siyasi və sosial-iqtisadi əməli tədbirlər nəticəsində, 2023-cü ilin ölkəmizdə bütün sahələrdə, o cümlədən rayonumuzun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafı ilə bağlı böyük nailiyyətlərin əldə olunduğunu bildirən İcra Başçısı Məhərrəm Quliyev bütün Goranboyluları, 31 Dekabr –Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il-2024-cü ilin gəlişi ilə bağlı, təbrik etdi. Tədbirdə incəsənət ustalarının ifasında bədii-musiqi proqramı nümayiş etdirildi. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!