Modern.az

Qardaşı İsgəndər Həmidova qarşı çıxdı

Qardaşı İsgəndər Həmidova qarşı çıxdı

23 Sentyabr 2013, 02:39


"İsgəndər Həmidov mənim qardaşımdır. Ona məsləhət görərəm ki, adlarını çəkdiyimiz bu insanların heç birinə yaxın durmasın. Onların heç biri İsgəndər Həmidovu çox istəməyiblər, qəbul etməyiblər və bu gün də bu belədir".

Bunu SəsTV-yə müsahibəsində sabiq nazir İsgəndər Həmidovun qardaşı Sərdar Həmidov deyib.

O qeyd edib ki, İsgəndərin ağlı yoxdur, başını tamam itirib: "Mən ona zamanında dedim ki, bu yaramazların dalına düşməsin.

Amma mənim sözümə baxmadı, gedib qoşuldu yaramazlara. Onlar İsgəndərdən istifadə edirlər.

Bilirlər ki, dəlidir, ağlı çatmır, ona görə də özlərinin deyə bilmədiklərini, cəsarətləri çatmadığı sözləri bu ağılsıza dedirdirlər. Bir də ki, İsgəndər huya gedəndir, böyürdən-başdan qızışdırırlar, özləri də çəkilib durur qıraqda. Axırda başı əzilən də bu olur. Daha nə deyim ondan?".

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?