Modern.az

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Aktual

1 Yanvar 2024, 12:17

Sabah - yanvarın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Bu barədə Modern.az-a ETSN Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda bildirlib.

Sabah Bakıda Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti olacaq.


Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi rayonlarda arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?