Modern.az xəbər verir ki, Türkiyə Superliqasında V turun növbəti oyunları qalmaqalla keçib. İstanul derbisində ənəvi rəqiblər qarşılaşıb -"Beşiktaş" "Qalatasray"ı qəbul edib. Görüş 2:1 hesabı ilə qonaqlarn xeyinə olanda, oyunun 90-cı dəqiqəsində "Qalatasaray"ın futbolçusu Felipe Melo qırmızı vərəqə alaraq meydandan qovulub. Bu zaman "Beşiktaş" azarkeşləri stadiona daxil olub və ara qarışıb. Bunu görən baş hakim Fırat Aydınus görüşü yarımçıq saxlamalı olub.