Modern.az

Bərdədə ağır qəza - "Jiquli" sürücüsü öldü

Bərdədə ağır qəza - 

Hadisə

1 Yanvar 2024, 22:45

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun Əyricə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 2107” markalı avtomobillə, “Ford Fusion” markalı minik avtomobilinin toqquşması nəticəsində “Jiquli”nin sürücüsü Eldəniz Məmmədov ölüb. Qəza zamanı iki nəfərin xəsarət aldığı bildirilir.

 

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza