Almaniyada keçirilən parlament seçkilərinin ilkin nəticələri məlum olub. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, kansler Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokratik İttifaqı Partiyası (XDP) parlament seçkisində qalib gəlib. İqtidar partiyası 42.5 faiz səs toplayıb.
Seçkilərdə müxalifəti təmsil edən Sosial-Demokrat Partiyası (SDP) isə 25,9 faiz səs yığa bilib. Bununla da Angela Merkel üçüncü dəfə Almaniyanın kansleri seçilib.
Modern.az