Modern.az

Gələn həftə xaricdəki seçki məntəqələrinin yaradılması başa çatacaq

Gələn həftə xaricdəki seçki məntəqələrinin yaradılması başa çatacaq

Aktual

2 Yanvar 2024, 10:48

Gələn həftə xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması prosesi başa çatacaq.


Modern.az xəbər verir ki, bu müddət yanvarın 8-i saat 18:00-dək davam edəcək.

 

Məlumata görə, ötən prezident seçkilərində 32 ölkədə yerləşən Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında 41 seçki məntəqəsi yaradılıb. Belə ki, Gürcüstan, Türkiyə, Amerika, Rusiya və digər ölkələrdə olan seçicilər səsvermədə iştirak edib.

 

Qeyd edək ki, Xarici İşlər Nazirliyi müvafiq idarələrinin əməkdaşlarından ibarət işçi qrup yaradılır və Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirilmiş şəkildə iş aparılır.


Seçki Məcəlləsinin 2.3.-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları seçkilərin və referendumun keçirilməsi zamanı Azərbaycandan kənarda yaşayan Azərbaycan vətəndaşlarının ölkə Konstitusiyasının 3-cü və 56-cı maddələrində nəzərdə tutulan (seçki) hüquqlarının həyata keçirilməsinə kömək göstərməlidir.


Eyni zamanda, Azərbaycan prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin 4.12.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları konsul dairəsində yaşayan və (və ya) müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarına seçki hüquqlarını həyata keçirmələrinə köməklik göstərir.

 

Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında prezident seçkilərinin təşkili məqsədilə gücləndirilmiş rejimdə zəruri tədbirlər görməlidir.

 

Xatırladaq ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI