Yeni ilin ilk günü polis əməkdaşları tərəfindən ümumi çəkisi 7 kiloqram 760 qramdan çox narkotik vasitə və 2580 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqram 730 qramdan artıq heroin, 4 kiloqram 210 qramdan çox marixuana, 535 qram tiryək, 178 qram metamfetamin, həmçinin 103 qram çəkidə 2580 ədəd güclü təsiredici xassəyə malik həb olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.