Modern.az

Yaponiyadakı zəlzələdə ölü sayı ARTDI

Yaponiyadakı zəlzələdə ölü sayı ARTDI

Dünya

2 Yanvar 2024, 15:50

Yaponiyanın İşikava prefekturasında baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 48-ə çatıb.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində azı 60 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölüm hallarının hamısı İşikava prefekturasınında qeydə alınıb. Elə ən çox dağıntı da orada olub.

Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasıda 30-dan çox zəlzələ qeydə alıb. Onlardan ən güclüsü 7,6 bal gücündə olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama