Modern.az

Bakıda təhsil sərgisi olacaq

Bakıda təhsil sərgisi olacaq

23 Sentyabr 2013, 11:07

Modern.az xəbər verir ki, 5-6 oktyabr tarixlərində Bakıda 50–dən artıq xarici ali təhsil müəssisəsinin iştirakı ilə təhsil sərgisi keçiriləcək.
Sərgidə İngiltərə, İsveç, Şimali Kipr, İtaliya, Yunanıstan, ABŞ,  Türkiyə və bir sıra başqa ölkələrin universitetləri və xaricdə təhsil şirkətləri iştirak edəcəklər. Ümumilikdə, sərgidə 10 ölkənin ali təhsil ocağı təmsil olunacaq. Tələbələrə və valideynlərə dövlət və özəl universitetlərdə yüksək keyfiyyətli təhsil imkanı, MBA proqramları, sertifikatlaşdırılmış ingilis dili və digər proqramlar və pulsuz ali təhsil imkanları haqda ətraflı məlumatlar veriləcək. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitet və dil məktəblərində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər, üstünlüklər və s. məsələlərlə bağlı sualları cavablandıracaqlar. Sərgi çərçivəsində bir sıra seminarların keçirilməsi də nəzərdə tutulub. Sərgi 5-6 oktyabr tarixlərində saat 13:00 -18:00 arası Hilton hoteldə baş tutacaq. Qeyd edək ki, sərgi Türkiyənin məşhur “Akare International Education Fairs” şirkəti tərəfindən təşkil olunacaq. Sərgidə diplomatik korpus nümayəndələri və dövlət rəsmilərinin iştirakı da nəzərdə tutulur. Sərgiyə giriş ödənişsizdir.    

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?