Modern.az

Sabiq nazir Əvəz Ələkbərovdan seçki AÇIQLAMASI

Sabiq nazir Əvəz Ələkbərovdan seçki AÇIQLAMASI

23 Sentyabr 2013, 11:16


Sabiq maliyyə naziri Əvəz Ələkbərov 9 oktyabr 2013-cü il tarixində keçiriləcək prezident seçkiləri ilə bağlı Modern.az saytına açıqlama verib. Eks-nazir qarşıdan gələn prezident seçkilərində dəstəkləyəcəyi namizədin adını deyib.

Bir müddət öncə saytımıza geniş müsahibə vermiş sabiq nazir o zaman prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədiyini bəyan etmişdi.

O, bildirmişdi ki, dövlətin inkişafı və aparılan uğurlu siyasət göz önündədir: “İnanıram ki, bundan sonrakı beş il ərzində seçiləcək namizəd dövlətimiz üçün və onun inkişafı naminə daha da xeyirli işlər görəcək. Mən seçkilərdə cənab prezident İlham Əliyevi dəstəkləyəcəm”.

Ötən gün əməkdaşımız sabiq nazirlə əlaqə saxlayıb. O, bildirib ki, Modern.az- saytına müsahibəsində səsləndirdiyi fikrində qalır.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?