İngiltərənin "Birmingem" futbol klubunun rəhbərliyi baş məşqçi Ueyn Runini istefaya göndərib.
Modern.az xəbər verir ki, bu barədə klubun saytında məlumat verilib.
Bildirilir ki, yaxın vaxtlarda yeni baş məşqçi axtarışlarına başlanılacaq.
“The Mirror” nəşri yazır ki, məşqçilərin qovulmasına səbəb yanvarın 1-də “Lids Yunayted”lə oyun olub. "Birmingem" oyunu 3:0 hesabı ilə uduzub.