Modern.az

ACP, ALP və KXCP sədrlərindən Cəmil Həsənlinin mitinqinə biganəlik

ACP, ALP və KXCP sədrlərindən Cəmil Həsənlinin mitinqinə biganəlik

23 Sentyabr 2013, 11:26


Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin ötən gün Yasamaldakı stadionda keçirilən görüş-mitinqində Açıq Cəmiyyət Partiyası (ACP), Azərbaycan Liberal Partiyası və Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) aktivliyi hiss olunmayıb. 

Hətta sosial şəbəkərlədə ACP sədri Sülhəddin Əkbər, ALP sədri Əvəz Temirxan və KXCP sədri Mirmahmud Mirəlioğlunun mitinqdə iştirak etmədiklərinə dair xəbərlər yayılıb. Mitinqdən yayılan fotolarda da partiya sədrlərini görüntülərinə rast gəlinmir.

KXCP-nin sədr müavini Xəzər Teyyublu isə Modern.az-a açıqlamasında Mirmahmud Mirəlioğlunun mitinqdə iştirak etdiyini deyib. Partiya rəsmisinin sözlərinə görə, M.Mirəlioğlu aksiyaçılar arasında olub, tribunaya çıxmayıb.

“Mirmahmud ağa mitinqdə iştirak edirdi. Sadəcə, tribunada deyildi. KXCP olaraq biz Cəmil Həsənlinin mitinqinə öz komandamızla qatılmışdıq”-deyə X.Teyyublu vurğulayıb.

KXCP təmsilçisi mitinqdə Sülhəddin Əkbər və Əvəz Temirxanın da aksiyaçılar arasında iştirak etdiyini deyib. ALP, ACP və KXCP rəhbərliyinin Cəmil Həsənliyə dəstək mitinqində sıravi aksiyaçıların arasında olması, tribunada tərəfdarlarına çağırışlar etməməsi maraq doğurur. Halbuki, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və “El” hərəkatının lideri Eldar Namazov sonadək tribunada Cəmil Həsənlinin yanında olublar.

Qeyd edək ki, sözügedən partiyalar ilk günlər Cəmil Həsənlinin namizədliyinə qarşı mövqe nümayiş etdirirdilər.

Anar RÜSTƏMOV    
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!