Modern.az

"Brent" neftin qiyməti DƏYİŞDİ

İqtisadiyyat

3 Yanvar 2024, 10:16

Londonun "ICE" birjasında "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 18 dekabr 2023-cü ildən bəri ilk dəfə bir barel üçün 76 dollardan aşağı düşüb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə ticarət platformasından məlumat verilib.

 

Məlumata əsasən, "Brent" markalı neftin qiyməti 1,56 faiz ucuzlaşaraq 75,88 dollar/barel olub.

 

Eyni zamanda, "WTI" markalı xam neftin fevral ayında tədarük üçün fyuçersləri 2,79 faiz azalaraq 70,74 dollar/barelə bərabər olub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi