Modern.az

Təhsil Nazirliyi hərbi hazırlıq fənni ilə bağlı təkliflər hazırlayacaq

Təhsil Nazirliyi hərbi hazırlıq fənni ilə bağlı təkliflər hazırlayacaq

23 Sentyabr 2013, 12:31

Gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı Nazirlik yerli təhsil ocaqlarına məktub göndərib.

Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda qeyd edilib. Bildirilir ki, “Gənclərin çağırışaqədərki hazırlığı” fənnin keyfiyyətli tədrisi həmişə diqqət mərkəzində saxlanıb.

“2013-2014-cü dərs ilində fənnin səmərəli tədrisinin təmin olunmasına yönəlmiş bir sıra tədbirlər müəyyənləşdirilmiş, yerli təhsil orqanlarına Təhsil Nazirliyinin müvafiq təlimati məktubu göndərilib. Dərs ili ərzində nəzərdə tutulan tədbirlərin icrasına davamlı olaraq nəzarət həyata keçiriləcək, tədbirlər aparılacaq, müvafiq təkliflər hazırlanacaq”.

Nazirlik eyni zamanda məktəblilərin elektron dərslikdən istifadə etməsi məsələsinə də aydınlıq gətirib.

“Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2004-cü il tarixli 355 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin 2005–2007-ci illər üzrə informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı” çərçivəsində Azərbaycan tarixi fənni üzrə 20 adda 37900 nüsxə elektron vəsait, kimya fənni üzrə 8 adda 15160 nüsxə elektron vəsait, biologiya fənni üzrə 12 adda 22740 nüsxə elektron vəsait və fizika fənni üzrə 3 adda 10200 nüsxə elektron vəsaitləri hazırlanıb”.

Məlumatda bildirilir ki, yaxın illər ərzində Azərbaycanda da tədricən fərdi kompüterlər və ya planşetlər vasitəsilə elektron dərsliklərdən istifadə ölkə miqyasında Bulud texnologiyalara keçidi tezləşdirəcək.

“Belə ki, şagirdlər tədris üçün zəruri materialları və dərslikləri Məlumat və Resurs Mərkəzinin serverlərindən, yəni Təhsil Buludundan istifadə etməklə fərdi təhsil alətinə yükləyə və təhsil nəticələrini keyfiyyətli dərəcədə təkmilləşdirə biləcəklər.

Elektron təhsil texnologiyalarının tətbiqinin artırılması üzrə fəaliyyətlər çərçivəsində elektron vəsaitlərin işlənilməsi genişlənib, elektron təhsil (e-learning) resursları bazasının əsası qoyulub, distant təhsilin inkişaf etdirilməsi üçün tədbirlər həyata keçirilib, vahid təhsil portalı yaradılıb və ölkədə interaktiv tədris imkanlarından daha geniş istifadə olunması dəstəklənib”.

Nazirliyin yaydığı məlumatda qeyd edilib ki, hazırda Milli Təhsil Portalında (www.edu.az) 8 fənn üzrə 122 resurs mövcuddur.

“Bunlara fizika, kimya, biologiya, ədəbiyyat, musiqi və riyaziyyat üçün hazırlanmış dərslər daxildir. Eyni zamanda portalda Azərbaycan epistolyar irsiÜzeyir Hacıbəyovun "Virtual muzeyi"Azərbaycan tarixinin canlı səsləriLanguage learning insertsLearning English kimi elektron resurslarda yerləşdirilib. Bu siyahıya ibtidai siniflər üçün hazırlanmış “İnfoko” resurslarını da misal göstərmək olar. Elektron resursların keyfiyyətinin qiymətləndirilməsi məqsədilə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Elektron tədris resurslarının qiymətləndirilməsi Şurası yaradılıb”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?