Modern.az

Azərbaycan yığması Estoniyaya uduzdu

Azərbaycan yığması Estoniyaya uduzdu

3 Yanvar 2024, 17:07

Azərbaycanın qızlardan ibarət U-20 millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçilik etdiyi millimiz Estoniya yığması ilə üz-üzə gəlib.

 

Matç Azərbaycan yığmasının 0:3 (10:25, 15:25, 22:25) hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Xatırladaq ki, U-20 növbəti günlərdə Latviya, Ukrayna və Polşa ilə qarşılaşacaq.

 

Qeyd edək ki, yanvarın 7-dək davam edəcək yarış Avro-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi