Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblər üçün 28015 ədəd kitab göndərilib. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, yeni tədris ilinə Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblər üçün ayrılmış 18 adda 28015 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi 25 sentyabr 2013-cü il tarixədək ünvanına çatdırılacaq”.
Nazirlik qeyd edib ki, Dağıstandan və digər ölkələrdə fəaliyyət göstərən “Bazargünü” məktəblərindən dərsliklərlə bağlı sifariş olmayıb və sifariş olduğu təqdirdə dərsliklərlə təmin ediləcək.
Aytən ƏLİYEVA