Modern.az

Neft Daşlarındakı son vəziyyət AÇIQLANDI

Neft Daşlarındakı son vəziyyət AÇIQLANDI

3 Yanvar 2024, 20:46

Saat 20:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a bildirilib ki, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Mingəçevirdə 22 m/s, Bərdə, Göyçay, Şamaxı, Qobustan, Naftalanda 18 m/s, Altıağacda 17 m/s, Ağdam, Tərtərdə 16 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,4 metrə çatıb.

 

Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək isti, Naxçıvan MR-da 10 dərəcəyədək isti, aran rayonlarında 18 dərəcəyədək isti, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!