Modern.az

Sinoptiklərdən xəbərdarlıq: sabah da yağış yağacaq

Sinoptiklərdən xəbərdarlıq: sabah da yağış yağacaq

23 Sentyabr 2013, 13:26

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 23-dən 24-ə keçən gecə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı, səhər kəsiləcəyi gözlənilir. Sentyabrın 24-də hava gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 17-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 23-dən 24-ə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava gün ərzində əsasən yağmursuz olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-19, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı ehtimalı var.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?