Modern.az

Evindən 4 kiloqram narkotik çıxdı

Evindən 4 kiloqram narkotik çıxdı

4 Yanvar 2024, 08:22

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Ulacalı kənd sakini Taleh Mikayılov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı iki kibrit qutusunda qablaşdırılmış narkotik vasitə olan marixuana aşkar edilib.

 

Əməliyyat tədbirlərinin davamı olaraq sonuncunun yaşadığı ünvana keçirilən baxış zamanı isə çəkisi 4 kiloqramdan artıq olan marixuana götürülüb.

 

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!