Modern.az

Azərbaycan neftinin qiyməti 82 dolları ÖTÜB

Azərbaycan neftinin qiyməti 82 dolları ÖTÜB

İqtisadiyyat

4 Yanvar 2024, 11:05

 "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 2 dollara qədər artıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,88 ABŞ dolları, yaxud 2,3 % artaraq 82,07 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü