Modern.az

Evdən santexnik avadanlıqları OĞURLANDI

Evdən santexnik avadanlıqları OĞURLANDI

4 Yanvar 2024, 11:12

Yanvarın 2-nə keçən gecə Nərimanov rayonu ərazisində evlərin birindən 2000 manat dəyərində santexnik avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Hacırəhim Rəhimov və Valeh Əsgərov müəyyən olunaraq saxlanılıblar.

 

Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!