Demokratik Qüvvələrin Milli Şurası yenidən mitinq keçirmək barədə qərar qəbul edib. Bu barədə Modern.az-a Müsavat başqanın müavini Gülağa Aslanlı məlumat verib.
Milli Şura üzvünün sözlərinə görə, növbəti mitinq sentyabrın 29-ə təyin olunub.
Cəmil Həsənliyə dəstək mitinqinin “İnşaatçılar" metrostansiyasının yaxınlığındakı "Məhsul" idman-sağlamlıq kompleksinin stadionunda keçirilməsi planlaşdırılır.
G.Aslanlı həmçinin bildirib ki, mitinqlə bağlı müraciət hazırlanaq bu gün Bakı şəhər İcra Hakimiyyətinə təqdim olunacaq.
Anar RÜSTƏMOV