Modern.az

Gəncədə ağır qəza - Yaralananlar var

Gəncədə ağır qəza - Yaralananlar var

Hadisə

4 Yanvar 2024, 12:36

Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var.

 

Modern.az-ın məlumatına görə, hadisə şəhərin  Ş.İ.Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" markalı avtomobillə "HONDA" markalı maşın toqquşub. Qəza zamanı hər iki avtomobilin sürücüləri Natiq Budaqov və Xəyal adlı şəxs xəsarət alıb. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. 

 

Faktla bağlı araşdırma başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu