Modern.az

Müharibə veteranları: “Biz İlham Əliyevi dəstəkləyirik”

Müharibə veteranları: “Biz İlham Əliyevi dəstəkləyirik”

23 Sentyabr 2013, 14:38
“Bizim təşkilat Ali Baş Komandan, prezident İlham Əliyevi dəstəkləyir və onun sadiq əsgərləriyik”. Bunu Modern.az-a açıqlamasında Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev deyib. O, qeyd edib ki, 1993-cü ildən bəri hakimiyyətin yürütdüyü kursu dəstəkləyirlər. F. Rzaquliyevin sözlərinə görə, öz təşkilatları adından bölgələrdə dövlət başçısı, prezidentliyə namizəd İlham Əliyevin təbliğatını aparırlar.

“Biz inanırıq ki, namizədimiz qalib gələcək. İlham Əliyev bir daha prezidentlik kürsüsündə ölkəni idarə edəcək”. Birlik sədri hesab edir ki, qarşıdan gələn beş ildə işğal altında olan Azərbaycan torpaqları azad ediləcək.
“Buna ölkənin qüdrəti və prezidentimizin gücü çatır. Biz buna əminik”, – deyə birlik sədri vurğulayıb.

 

Aqşin Kərimov  
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?