Modern.az

Milli Qəhrəman İbad Hüseynov şəhidin ailəsini ziyarət etdi - FOTO

Milli Qəhrəman İbad Hüseynov şəhidin ailəsini ziyarət etdi - FOTO

4 Yanvar 2024, 15:37

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Lerik rayonun Soru kəndində antiterror tədbirləri zamanı Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olan Zahir Əliyevin məzarını ziyarət edib.

 

Modern.az xəbər verir ki,  Milli Qəhrəman İbad Hüseynov şəhid Zahir Əliyevin doğum günündə onun doğulduğu Soru kəndinə gedərək ailəsi ilə görüşüb və daha sonra kəndin girəcəyində kənd şəhidlərinin adına ucaldılan abidə komleksini ziyarət edib. 

 

Qeyd edək ki, Zahir Əliyev  4 yanvar 1987-ci ildə Lerik rayonunun Soru kəndində anadan olub. O, Təhsin Cəfərov adına Lerik rayon Soru kənd orta məktəbini bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. Çağırışa əsasən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib. Hərbi xidmətdən tərxis olunduqdan sonra yenidən orduya qayıtmaq üçün "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına daxil olub. Kursları bitirən Zahir Əliyev   Azərbaycan Daxili Qoşunlarının  "N" saylı hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmət edib. Hərbi xidməti zamanı fərqləndiyinə görə rəhbərlik tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif edilib, "çavuş" rütbəsi alıb. 19 sentyabrda keçirilən antiterror tədbirləri zamanı şəhid olub. 

 

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!