Modern.az

Zaqatalada maşın ağaca çırpıldı - Xəsarət alan var

Zaqatalada maşın ağaca çırpıldı - Xəsarət alan var

Hadisə

4 Yanvar 2024, 17:30

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, rayonun  Muxax kəndi ərazisində Hikmət Davudovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca, daha sonra isə daş hasara çırpılıb.

 

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan H. Davudov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına  yerləşdirilib.

 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir